UEFA Ermənistan-Türkiyə oyununun hakimini açıqladı - Foto


UEFA AVRO-2024-ün seçmə mərhələsinin ilk oyununda Türkiyə millisinin Ermənistanla görüşünü idarə edəcək hakimi açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, görüş Xose Mariya Sançesə tapşırılıb.

UEFA 39 yaşlı ispaniyalı hakimi martın 25-i şənbə günü Türkiyə millisinin D qrupunda Ermənistanla keçirəcəyi səfər oyununa təyin edib.
Raul Kabanero və İniqo Prieto Sançesin köməkçiləri olacaq. Matçın dördüncü hakimi Mario Melero Lopez olacaq.
Ermənistanın Respublika Stadionunda baş tutacaq döyüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top