
Türkiyə əsilli məşhur alman futbolçu Mesut Özil 34 yaşında karyerasını bitirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dünya şöhrətli futbolçu özünün tvitter səhifəsində yazıb.
“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” klublarında çıxış edən Mesut Özilin sonuncu dayanacağı Türkiyənin və “Medipol Başakşehir” komandası olub.
O, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Mesut Özil karyerası ərzində 11 kubok qazanıb ki, bunlardan biri dünya kubokudur.