Son sutkada 5 nəfər koronavirusa yoluxub


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 829 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 922 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.
Ölkədə son sutka ərzində 441, hazırkı dövrədək isə 7 550 795 test aparılıb.

Son sutkada, koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top