
Türkiyədə Əmək və Azadlıq İttifaqı mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı qərarını elan edib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı keçirilən brifinqdə İttifaqın namizəd çıxarmayacağı açıqlanıb.
İttifaqın tərkib hissələri Əməkçi Hərəkat Partiyası (EHP), Əmək Partiyası (EMEP), Xalqların Demokratik Partiyası (HDP), Sosialist Məclislər Federasiyası (SMF), Türkiyə İşçi Partiyası (TİP) və Sosial Azadlıq Partiyasıdır(TÖP).
Ankarada keçirilən brifinqdə İttifaqın qərarını HDP həmsədri Pərvin Buldan açıqlayıb.