
Qondarma Dağlıq Qarabağ Respublikasının “səlahiyyətliləri” Ermənistandan gələn qaz kəmərinin bağlandığını iddia edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı qondarma respublikanın “hökuməti yanında vahid informasiya qərargahının bəyanatı”na istinadla məlumat yayıb.
"Azərbaycan gecə yarısı Artsaxa (Azərbaycan ərazisində qondarma respublika) qaz təchizatını yenidən kəsib", - “bəyanat”da deyilir.