"Çin Ukrayna böhranı ilə bağlı qərəzsiz mövqeyə malikdir" - Si Cinpin


Kremldə Rusiya prezidenti Vladimir Putinlə Çin prezidenti Si Cinpin arasında keçirilən danışıqlar təxminən üç saatdan sonra başa çatıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, əvvəlcə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə dar tərkibdə 1,5 saatdan çox davam edən görüş daha sonra geniş tərkibdə davam etdirilib.
Danışıqlar Böyük Kreml sarayında keçirilib.
Daha sonra birgə sənədlərin imzalanıb, Putin və Si Cinpin yekun bəyanatlarla çıxış ediblər.
Si Cinpin bildirib ki, Çin Ukrayna böhranı ilə bağlı BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutur, qərəzsiz mövqeyə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top