Prezidentdən ərazilərimizə qanunsuz yükdaşımalarla bağlı açıqlama


Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, İ. Əliyev telefon danışığı zamanı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək ərazilərimizə qanunsuz hərbi daşımalar həyata keçirməsindən də danışıb:
“Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur”.
Bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top