Qondarma Donetsk Xalq Respublikasının keçmiş “müdafiə naziri” İqor Girkin (Strelkov) Kremlin rəhbəri Vladimir Putinə susmağı tövsiyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Girkin yaydığı videomürciətdə bildirib.
“Sus! Vladimir Vladimiroviç, sus! Daha yaxşı sus! Təki ölkəmizin belə bir prezidenti olduğuna görə utanmayaq və düşmən bizi ələ salmasın!”, - Girkin deyib.
Ukraynalı jurnalist və bloger Denis Kazanski xatırladıb ki, Girkin-Strelkov Rusiya FSB-nin “məxluqu” hesab olunur.
"Putini indi hətta özünün FSB “məxluqu” da açıq şəkildə təhqir edir. Deyəsən, bu oyun nəzarətdən çıxıb", - Kazanski yazır.
"Заткнись, тогда за тебя хоть так стыдно не будет!"
— Денис Казанський (@den_kazansky) March 21, 2023
Путина теперь открыто оскорбляют даже его собственные ФСБшные мурзилки.
Кажется, этот пранк вышел из под контроля pic.twitter.com/6OxHfKlkku