Bayram günlərində rayonlarda hava necə olacaq? - Proqnoz


Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir:
“Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.

Şahdağda
Arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

İsmayıllı rayonunda
Arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.

Lənkəran rayonunda
Arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda
Arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top