
Azərbaycana yaz fəsli daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib.
Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.