
Avtomobil istehsalçısı olan “Ford” şirkəti ABŞ-da 1 280 726 avtomobilini geri çağırıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, həmin avtomobillər 2013-2018-ci illərdə istehsal olunan bəzi “Ford Fusion” və “Lincoln MKZ” modelləridir.
Buna səbəb əyləc şlanqındakı problem olub.
Bildirilib ki, həmin problem səbəbilə əyləc vaxtından əvvəl sıradan çıxa bilər.