Lavrovdan Mirzoyanla görüş barədə açıqlama - Yenilənib


“Laçın dəhlizi ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov erməni XİN başçısı Ararat Mirzoyanla danışıqlardan sonra deyib.
"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik. Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzərdən keçirilib. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq”, - deyə Lavrov vurğulayıb.

***14:26
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Yeniavaz.com Rusiya mediasına istinadla xəbər verir ki, danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top