
Bu gün - martın 19-da Qazaxıstanda parlament seçkiləri keçirilir.
Yeniavaz.com Tengrinews.kz-yə istinadən bildirir ki, seçkilərdə 7 siyasi partiyanın iştirak edir.
Eyni zamanda, Qazaxıstanın birmandatlı seçki dairələri üzrə 609 namizəd irəli sürülüb, onlardan 525-i özünün namizədliyini irəli sürüb. Parlament seçkilərində 12 milyon 32 min 550 nəfər səs verə bilər.
Yerli vaxtla saat 7:00-da başlayan səsvermədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də səs verib.