
Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya yüngül xam neft ixrac olunur.
Yeniavaz.com xəbər verir ki bu barədə Slovakiya mətbuatında bildirilib.
Qeyd olunub ilk dəfə olaraq Azərbaycandan göndərilən xam neft Bratislavadakı “Slovnaft” Neft Emalı Zavoduna yola salınıb.
"Bu, tarixi bir mərhələdir, çünki bu, neftin müxtəlif növlərinin emalı sahəsində daha çox çeviklik qazanmaq istiqamətində tamamilə yeni təcrübələr qazanacağımız bir neft növüdür", - deyə məlumatda vurğulanıb.