Dərs ili bitmədən buraxılış imtahanının başlaması düzgündürmü? - Video


Tədris ili başa çatmamış buraxılış imtahanlarının keçirilməsinin düzgün olmadığı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, bəzi ekspertlər hesab edir ki, bu şagirdlər arasında dərsə olan marağı və davamiyyəti azaldır.

Təhsil üzrə ekspert Vəfa Vəliyeva bu halın qarşısını almaq üçün imtahanların dərs ilinin sonunda keçirilməsini daha ədalətli hesab edir.

Ekspertin fikrincə, qəbul imtahanının formatı dəyişməli, fənlərin sayı azaldılmalıdır.

Vəfa Vəliyevanın sözlərinə görə dünyanın bir çox ölkəsində universitetə qəbul attestatla həyata keçirilir. 

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə isə açıqlamasında bildirmişdi ki, sualların yoxlanması ciddi şəkildə aparılır.

"100 mindən çox insan imtahanda iştirak edirsə biz 200 min insanın nəticələrini yoxlamış oluruq. Çünki nəticəni bir yox iki, hətta elə olur ki 3 nəfər yoxlayır. Bu baxımdan işlərin yoxlanılması kifayət qədər vaxt aparır", - deyə Məleykə Abbaszadə qeyd edib.

Ətraflı videomaterialda:

DİGƏR XƏBƏRLƏR

Top