
Ukraynanın təhsil və elm naziri Serhi Şkarlet və strateji sənaye naziri Pavel Ryabikin istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “Telegram” kanalında yazıb.
Ukraynanın baş nazirinin sözlərinə görə, gələn həftə təhsil nazirini Kiçik Elmlər Akademiyasının milli mərkəzinin direktoru Oksen Lisovoy, Ryabikini isə Ukrayna Dəmir Yollarının direktoru Aleksandr Kamışin əvəz edəcək.