Bəxtiyar Hacıyevin Prezidentə müraciət xəbəri yayıldı


Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevdən kömək istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Həbib Müntəzir sosial şəbəkə hesabında paylaşım edib.
“Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev həbsdən azad olunmağı üçün İlham Əliyevdən kömək etməyini xahiş edərək, müraciət ünvanlayıb”, - deyə o bildirib.
Məlumat üçün bildirək ki, sosial şəbələrdə B. Hacıyevin Prezidentə müraciətini əks etdirən ərizənin fotosu yayılıb.

Xatırladaq ki, ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir.
Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.
Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top