Azərbaycanla Türkiyə arasındakı bu protokol təsdiqləndi


2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilib.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top