Mingəçevirdə Novruz bayramı ilə bağlı tədbir keçirilib - Fotolar


Mart ayının 17-də Mingəçevirdə Novruz bayramı ilə bağlı tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Səməd Vurğun adına meydanda insanların rahat toplanması üçün hər cür şərait yaradılıb, bütün təhsil ocaqları üçün xüsusi yerlər ayrılıb.
Bayram tədbirində yüzlərlə şəhər sakini iştirak edib.
Meydanın ortasında bayram tonqalı üçün xüsusi yer yaradılıb. Kəndirbazların, pəhlivanların, idmançıların təqdim etdikləri müxtəlif oyunlar, Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyyələri, Bahar qızın xoş arzuları toplaşanların alqılşları ilə qarşılanıb.
Bayram tədbirində Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının çıxışları, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi rəqs və mahnılar, musiqiçilərin ifaları, şənliyə gələn uşaqların şən rəqsləri tədbir iştirakçılarının sevincinə səbəb olub.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmaylov çıxış edərək mingəçevirlilərə bayram təbriklərini çatdırıb.
Tədbirin sonunda rəsmilər şəhərin təhsil ocaqlarının kollektivlərinin hazırladıqları əl işləri və bayram süfrələri ilə tanış olublar.
Sonda bayram tonqalı alovlandırılıb.

Esmira Hidayətova, Mingəçevir



DİGƏR XƏBƏRLƏR

Top