Bakı aeroportunda sıxlıq: DSX-nin sistemində nasazlıq yarandı - Video


Xəbər verdiyimiz kimi, “İAMAS” sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında yaranan sıxlığın görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, DSX-dən verilən açıqlamada, həyata keçirilmiş tədbirlər nəticəsində nasazlığın aradan qaldırıldığı, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışının təmin edildiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top