
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, püşkatmanın nəticəsi belə olub:
1/4 final
“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) - “Napoli” (İtaliya)
Yarımfinalda "Real Madrid" - "Çelsi" cütünün qalibi ilə "Mançester Siti" - "Bavariya" cütünün qalibi, həmçinin "İnter" - "Benfika" cütünün qalibi ilə "Milan" - "Napoli" cütünün qalibi qarşılaşacaq.
Qeyd edək ki, ilk oyunlar aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində, finalı isə iyunun 10-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz