Ermənistanda general həbs edildi


Korrupsiyaya qarşı mübarizə üzrə apelyasiya məhkəməsi 3-cü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Onun 2 ay müddətinə həbs olunduğu bildirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, çirkli pulların yuyulmasında təqsirləndirilən Xaçaturov 2006-2010-cu illərdə hərbi hissə komandiri postunu tutub, cinayət yolu ilə daşınmaz əmlak əldə edib, sonra isə onu leqallaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top