
Səudiyyə Ərəbistanı və İran hər hansı hərbi qarşıdurmaya getməmək və ya bir-birinin maraqlarına zidd olan kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq və ya kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüb”, - deyə qeyd olunub.
Müsahib həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı Tehranla ikitərəfli münasibətlərin normallaşdırılmasına dair danışıqlar zamanı öz ərazisini üçüncü ölkələrin İrana hücum etmək üçün baza kimi təqdim etməyəcəyinə söz verib.
Tətbiqimizi yükləyə bilərsiniz