Türkiyədəki seldə ölənlərin sayı 17 oldu - Yenilənib


Türkiyədə sel səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şanlıurfa və Adıyamanda sel nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
3 nəfərin axtarışları davam edir.

***17:18
Türkiyənin Şanlıurfa və Adıyaman bölgələrində baş verən sel və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, Şanlıurfada iki gündə kvadratmetrə 137,6 kiloqram yağıntı ilə 30 ilin yağıntı rekordu qırılıb.
“Normal şəraitdə son 30 ilin orta məlumatlarına görə, hər kvadratmetrə düşən yağıntının miqdarı 57,9 kq olduğu halda son iki gündə əyalətimizin mərkəzi rayonlarına düşən yağıntının miqdarı 137,6 kq olub”, - bölgə rəsmilərinin yaydığı məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top