
“İrəvan tezliklə Bakının növbəti sülh müqaviləsi təklifləri ilə bağlı öz cavablarını təqdim edəcək”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O xatırladıb ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib:
“Yaxın vaxtlarda müşahidələrimizi müzakirə edib təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”.
Qeyd edilib ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər.