Rüfət Səfərova hücum etdiyi deyilən şəxsin kimliyi bilindi - Yenilənib


Rüfət Səfərova zorakılıq etdiyi iddia olunan şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.
Araşdırmalar davam etdirilir", - məlumatda deyilir.

***09:10
“Binəqədi RPŞ-nin 5-ci PB-nin rəisi və əməliyyat müvəkkilləri kameralar vasitəsilə mənə qarşı zorakılıq göstərən şəxsi müəyyən etdilər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri gecə saat 3 radələrində Rüfət Səfərov özünün feysbuk səhifəsində yazb.
O bildirib ki, sözügedən şəxsdən şikayətçi olmaq fikri yoxdur:
“Ümid edirəm ki, tezliklə həmin vətəndaşla üzləşdirəcəklər. Suallarımı və s. ünvanlayacam. Ondan yalnız üzr tələb edəcəm.
İnanmaq istəyirəm ki, bu hadisənin siyasi yükü yoxdur. Hərçənd, fəaliyyət və funksiyam elədir ki, siyasi ağırlıqlı təxribat versiyası da mümkündür. Hər halda iştirakçısı olduğum araşdırmanın gedişatı və yekunu qəti mühakimə yürütməyimə imkan verəcək.
İnzibati, ya da cinayət mühakimə icraatı qaydasında şikayətçi olmaq fikrim yoxdur. Hesab edirəm ki, bütün hallarda tərcümeyi-halıma kimisə həbs etdirməklə bağlı hissə aid olmalı deyil. Üzr yetərli olacaq”.

*** 15 mart, 22:57
Rüfət Səfərov hal-hazırda 5-ci bölmədədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə R. Səfərovun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları 5-ci bölməyə gəlir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi rəhbərliyindən Rüfətə bildiriblər ki, məsələ araşdırılacaq. Jurnalistlərdən xahiş edirik ki məsələni diqqətdə saxlasınlar", - deyə qeyd olunub.

***20:21
“Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, R. Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"İndicə avtomobilə əyləşdiyim zaman bir kişi üstümə hücum etdi, kəllə ilə mənə zərbə endirdi", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top