
Türkiyənin ən böyük futbol klublarından hesab olunan “Qalatasaray”ın rəsmi media orqanı “Qalatasaray TV”nin aparıcısı Serbay Şenkal hökuməti və Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etdiyi üçün işdən çıxarıldığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, S.Şenkal öz sosial şəbəkə hesabında bununla bağlı videomüraciət yayıb.
“Cənab Prezidentin xətalarını üzünə deməyim mənim siyasətə qarışmağım deməkdir? Bu mənim işdən çıxarılmağıma səbəb ola bilər? Rəcəb Tayyib Ərdoğanı tənqid etmək mənim ən təbii haqqımdır. Prezidentdirsə, mənim tənqidlərimə dözmək məcburiyyətindədir. O tənqidlərə qulaq asmaq məcburiyyətindədir. Mən vətəndaşam, Prezidentdən aşağıda deyiləm, ondan üstünəm. Türkiyənin 85 milyonluq xalqı siyasətçilərdən üstündür. Sizi iqtisadi məsələlərdə tənqid etdiyim üçün işdən çıxarılmağıma səbəb oldunuz. Bu efirdəki 10 illik karyeramı yerlə-yeksan etdiniz. Cənab Prezident, hanı vicdanınız, hanı mərhəmətiniz?! Həqiqətən də sizə yazığım gəlir, bir qram mərhəmətiniz, vicdanınız yoxdur”.
Hükümeti eleştiren paylaşımları nedeniyle işten çıkarıldığını söyleyen Galatasaray TV spikeri Serbay Şenkal'den Erdoğan'a sert sözler:
— 23 DERECE (@yirmiucderece) March 15, 2023
"Sayın Cumhurbaşkanı, size çok üzülüyorum bir gram vicdanınız, bir gram merhametiniz yok!" pic.twitter.com/yZhaZiANa5
Tətbiqimizi yükləyə bilərsiniz