Kürün səviyyəsinin düşməsi Mingəçevirdə də hiss edilir – Video


Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi ölkə gündəminə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhərinin kür ətrafında yaşayan sakinləri də bunu müşahidə etdiklərini deyirlər.

Onlar bildirirlər ki, əvvəlki illərdə kürün səviyyəsi indiki dönəmdən daha yüksək olub. Güclü yağışların yağmaması səbəbindən Araz və Kür çaylarında su bir qədər azdır.
Mingəçevir kənd sakini Allahverdi Əliyev deyir ki, Kürün bu qədər səviyyəsinin aşağı düşməsindən əvvəl bircə Mingəçevir Su Elektirik stansiyası tikilmişdi:
“Sonradan Şamxor SES və digərləri tikildi. Hələ mən orta məktəbdə oxuyanda eşitmişdim ki, deyirdilər Kürün səviyyəsi aşağı düşəcək. Yaşıma uyğun danışıram, indiyə qədər kürün səviyyəsinin aşağı düşməsini eşitməmişəm və həmişə adına dəli Kür deyərdilər. Vaxt var idi ki, ehtiyat qapısından Kür aşıb gəlirdi. İndi hardasa mən deyərdim ki, israfçılıq da var və həm də hava yağıntısız keçir”.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top