Nazir MIT-yə qəbul olan şagirdlərdən yazdı


Elm və təhsil naziri Emin Əmrullayev Massaçussets Texnologiya İnstitutuna (MIT) qəbul olan azərbaycanlı şagirdlər barədə yazıb.
Yeniavaz.com
xəbər verir ki, nazir bu barədə feysbuk səhifəsində paylaşım edib.
“Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.
Qeyd edim ki, Fidan Qarayeva və Dəniz Səttarlı dəfələrlə beynəlxalq və respublika fənn olimpiadalarının qalibi olublar.
İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir, qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top