Bayramla əlaqədar Bakı-Ağstafa qatar reyslərinin sayı artırılır


"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.
Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top