“Meta” daha 10 min işçisini ixtisar edəcək


“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkəti daha 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, “Meta”nın icraçı direktoru Mark Zukerberq işçilərinə mesajında ​​"məhsuldarlıq ili" elan edilən 2023-cü il üçün bəzi yenilikləri paylaşıb.
Bu kontekstdəki hədəflərə toxunan Zukerberq, daha yaxşı bir texnologiya şirkəti olmağın və çətin bir mühitdə maliyyə göstəricilərini yaxşılaşdırmağın hədəfləndiyini bildirib
Aşağı prioritet layihələrin ləğvi və yeni işə qəbulun azaldılması kimi yenidən strukturlaşdırma planlarının yaxın bir neçə ayda açıqlanacağını bildirən Zukerberq, işə qəbul qrupunu da ixtisar edəcəklərini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top