
Vəkil Elşən Behbudov hüquqlarını müdafiə etdiyi şəxsin işinə buraxılmadığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə o, feysbuk hesabında paylaşım edib.
Vəkil bildirib ki, səhər saatlarından müvəkkili Elvin Qasımovun cinayət işinə vəkil kimi qoşula bilmir:
“Bu gün səhər saatlarından hüquqlarını müdafiə etdiyim Elvin Qasımovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindəki (“Bandotdel”) cinayət işinə vəkil kimi qoşula bilmirəm, hüquqi müdafiəmə açıq-aşkar və qərəzli şəkildə maneələr yaradılır. Güman olunur ki, işgəncə faktı var”.

Vəkilin sözlərinə görə, E.Qasımov narkotik alveri ittihamı ilə Naxçıvanda saxlanılıb və Bakıya göndərilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə müvafiq sorğunu ünvanlamışıq.
Qeyd edək ki, Elvin Qasımovun adı bir neçə gün öncə Bakı Dövlət Sirkinin qarşısında baş verən silahlı insidentlə bağlı hallanır. Belə ki, Elvinin qardaşı Emin Qasımovun (Emin Naxçıvanski) sözügedən hücumun həyata keçirilməsi üçün göstəriş verdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz