Nazirlik dövlət imtahanı ilə bağlı məlumat yaydı


“Ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə Yekun Dövlət Attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

“2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. Hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər”, - deyə nazirlikdən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top