Suraxanıda moped oğurlayan şəxs saxlanıldı – Video


Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb.
Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətməsi istisna edilmir.
Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top