
ABŞ-ın B-52 strateji bombardmançı təyyarəsi Baltikyanı ölkələr və Finlandiya körfəzi üzərində uçaraq Rusiyaya məxsus Hoqland adasına yaxınlaşıb.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, axşam saatlarında B-52 Polşadan havaya qalxaraq Baltik dənizi üzərindən Finlandiya körfəzinə doğru istiqamət alıb və Böyük Adanın qarşısından Estoniyaya tərəf dönüb və oradan Latviya üzərində uçub.
Uçuş Finlandiya mediasının Rusiya silahlı qüvvələrinin Finlandiya sahillərindən cəmi 40 kilometr aralıda Hoqland adasında fəaliyyətini gücləndirdiyi xəbəri fonunda baş tutub.
"Amerikanın B-52 təyyarəsinin Finlandiya körfəzi üzərində uçuşu aydın siqnaldır. Finlandiya körfəzi Rusiyanın fəaliyyətini artırdığı ən strateji Avropa boğazlarından biridir", - Finlandiya xarici siyasət İdarəsinin direktoru Mika Aaltola bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Alyaskadan Arktikaya qədər təxribat fəaliyyətini gücləndirib: “Ona görə də ABŞ-a məxsus bombardmançı təyyarənin Finlandiya körfəzinə uçması ABŞ-ın Rusiyaya əks mesajıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz