"Belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ölkə yoxdur"


"Ölənlərin sayının 48 minə çatdığı, yaralananların isə 115 mini keçdiyi belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ölkə yoxdur".
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan həmçinin bildirib ki, bütün cəhdlərinə baxmayaraq, ilk günlərdə vaxtında çata bilmədikləri yerlər olub: "Şübhə olmamalıdır ki, dövlətin, millətin bütün imkanları səfərbər olunub. Zəlzələdən zərərçəkmişlərimiz üçün bütün aidiyyatı qurumların şəxsi heyətini səfərbər etdik. Yarım milyon insanımız zəlzələdən zərər çəkənlərin köməyinə qaçdı".



 

DİGƏR XƏBƏRLƏR

Top