İranda məktəbli qızların zəhərlənməsinə görə 100-dən çox həbs edilən var


İranın Daxili İşlər Nazirliyi məktəblərdə qızların zəhərlənməsi ilə bağlı 100-dən çox adamın həbs edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlamada qanuni araşdırmanın müəyyənlik əldə etmək və yekun nəticəyə gəlmək üçün davam etdiyi bildirilir:
“İlkin araşdırma zamanı məlum olub ki, bunlar bəzi hallarda avantürist həyat tərzi keçirən, yaradılmış psixoloji ab-havanın təsiri altında zərərsiz, lakin iy verən maddələrdən istifadə edərək dərsləri pozmağa çalışan insanlardır. Bununla belə, saxlanılanlardan bəzilərinin xalq və tələbələr arasında qorxu və dəhşət aşılamaq, məktəbləri bağlamaq və İslam Respublikasına qarşı düşmənçilik yaratmaq kimi məqsədləri üzə çıxıb”.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayından bəzi iranlı məktəbli qızlar məktəbdə olarkən zəhərlənmə əlamətləri olduğunu bildiriblər. Qum şəhərində başlayan bu hal daha sonra digər şəhərlərə yayılıb.
Bir çox hallarda tələbələrdə tənəffüs problemi, ürəkbulanma, yorğunluq və başgicəllənmə olub, bəziləri isə xəstəxanaya aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top