Təbrizdəki partlayışda ölənlərin sayı artdı - Yenilənib


Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitlərinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.
Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

***09:52

Bu gün saat 3 radələrində İranın Təbriz şəhərində, Aburihan bölgəsindəki yaşayış binasında güclü partlayış baş verib.
Yeniavaz.com
İran mətbuatına istinadla xəbər verir ki, partlayış hadisəsi 3 yaşayış evinin dağılmasına, 5 nəfərin ölümünə və 4 nəfərin yaralanmasına səbəb olub.
Təbriz Bələdiyyə Yanğından Mühafizə Təşkilatının sözçüsü Əkbər Dəşti bildirib ki, hadisənin səbəbi araşdırılır:
“Partlayış nəticəsində binadakı 3 evə ciddi ziyan dəyib. Hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər yüngül xəsarət alıb. Dağıntılar altında qalan 1 nəfər xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb”.
Ə. Dəşti qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir, ölü və yaralı sayı arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top