Azərbaycan İrana daha bir nota verdi


İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bətanatında deyilir.

"Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq. Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub”.
Məlumat üçün deyək ki, 9 mart tarixində itkin düşən azərbaycanlı tələbə ilə bağlı İrana nota verilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top