Həsrət Əmrahov vəzifəsindən azad edildi


Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov vəzifəsindən azad edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, o, BŞİH başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Birliyin direktoru vəzifələrinin icrası direktorun müavini Mirdamət Seyidova həvalə edilib.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top