İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi


İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının siyahısına əlavə edilib.
Beləliklə, Azərbaycanda qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə baxılması səlahiyyəti Energetika Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib.

DİGƏR XƏBƏRLƏR

Top