Ermənistan KTMT baş katibinin müavini vəzifəsindən imtina edir


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavininin kvotasından imtina etmək qərarına gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan"a ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi təsdiqləyib.
"Bəli, biz KTMT-yə müvafiq təklif təqdim etmişik", - qurum rəsmisi bildirib.
İdarənin nümayəndəsi qərarın təfərrüatlarını və səbəblərini açıqlamayıb.
Xatırladaq ki, yanvarın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan ölkə ərazisində KTMT-nin "Sarsılmaz Qardaşlıq-2023" hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina etdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top