Natiq Cəfərli Ədalət Vəliyevlə görüşdü


Davam edən siyasi təmaslar çərçivəsində bu gün Prezident Administrasiyasında, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli arasında görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə REAL partiyasının feysbuk səhifəsində paylaşım edilib.
Bildirilib ki, söhbət zamanı ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Qeyd edək ki, bir neçə gün öncə REAL Partiyasının sədri İlqar Məmmədov müraciət yayaraq, 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa partiyanın dövlət qeydiyyatının ləğv ediləcəyini bildirmiş və insanları REAL-a üzv olmağa çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top