Ölkəmizdə doğmalarının ölümünə səbəb olan sürücülərin - Statistikası


2022-ci ildə baş verən qəzalarda doğmalarının ölümünə səbəb olan sürücülərin statistikası açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub.

“Əlbətdə heç bir yol nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir.

Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır.

Belə halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, - DYP rəsmisi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top