Binəqədidə bu il narkotikə görə 98 nəfər saxlanılıb – Video


Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-fevral ayı ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top