ANAMA minaya düşən şəxslə bağlı məlumat yaydı - Yenilənib


Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.


***14:07
9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumata əsasən mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb:
“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”.

***13:50
1989-cu il təvəllüdlü Yaquar Hadiyev Tərtərdə minaya düşüb.
Tərtər rayon prokurorluğundan Yeniavaz.com-a bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top