Mingəçevirdə şəhid ailələri ilə görüş keçirildi - Foto


Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və həyat yoldaşları ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və şəhid ailələri iştirak ediblər.
E. Kərimov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını və həyat yoldaşlarını təbrik edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək onların hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.
Həmçinin tədbirdə çıxış edənlər Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda minlərlə vətənpərvər gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyiblər.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top