
Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almağa çalışırlar.
Xüsusi təyinatlı qüvvələr isə buna müdaxilə edir.


***21:44

Gürcüstanın paytaxtı Tbilisidə başlayan etiraz aksiyasında saxlanılanların sayı artıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, aksiyada 76 nəfər saxlanılıb.
Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
***17:37
Tbilisidə parlament binası yaxınlığında mindən çox insan toplaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, etirazlar dünən Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanundan sonra başlayıb. Polis tərəfindən aksiya dağıdılın. Etirazlar bu gün axşam saatlarında yenidən başlayıb.
Aksiya dinc xarakter daşıyır. Buraya tələbələr və qanunvericilik təşəbbüsünə qarşı çıxan Rustaveli prospekti ilə parlamentə yürüş edən qadınların mütəşəkkil hərəkatı da daxildir.