İranda saxlanıldığı deyilən azərbaycanlı tələbənin anası məlumat yaydı - Yenilənib


İranda saxlanıldığı deyilən azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əskərova məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, D. Əskərova 4 gündür oğlunun telefonunun bağlı olduğunu bildirib.
"27 yaşlı oğlum Fərid Səfərli Almaniyada Jena Universitetinin tələbəsidir. 20 fevralda Almaniyadan İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görməyə gedib. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur. İranda saxlanıldığı deyilir”, - deyə o vurğulayıb.

***12:58

İranın paytaxtı Tehrana səfər edən azərbaycanlı tələbədən bir neçə gündür xəbər yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Şəmşəd Ağa feysbuk profilində paylaşım edib.
“Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Yena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib. Mənə Almaniyadakı tələbələr yazıblar. Həmin gənc 3 gün öncə tələbə yoldaşlarına yazıb ki, kartım İranda işləmir, mənə bilet alın. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar, martın 5-də Almaniyada olmalı imiş. Biletdə də uçuşun və enişin vaxtı elə qeyd olunub. Amma adamdan heç bir xəbər yoxdur. Böyük ehtimal, İranda saxlanılıb”, - jurnalist bildirib.

DİGƏR XƏBƏRLƏR

Top