“Məhkəmələr qorxur, işi dövlət orqanlarının xeyrinə həll edir” – Video


“Məhkəmə islahatları ilə bağlı nə deyilir, deyilsin. Bir sıra məsələlərdə hələ də hüquqların pozulması prosesi davam etməkdədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ombudsmanın Milli Məclisdəki hesabatı ilə bağlı çıxış edən millət vəkili Fazil Mustafa deyib.
“Məhkəmələr bir çox hallarda işi dövlət orqanlarının xeyrinə həll edir, qorxur ki, birdən filan məmurun əleyhinə qərar çıxarsam, böyük problemlər yaşayacam. İş adamlarını beləcə sıxışdırırlar, sıradan çıxarırlar. Mexanizmlər lazımi səviyyədə işləmir. Əlilliyin təyinatından tutmuş, pensiyaya qədər. Əvvəllər kənddə pensiya alan bir ailənin üzvü indi o pensiyadan məhrum olub, Rusiyadan da pul gəlmir, dilənçi vəziyyətinə düşməkdədir. Bu işsizliyin sonda Azərbaycanda hansı nəticələr doğuracağını son günlər kütləvi izdihamlarda gördünüz. Hamı xurafata, cəhalətə yönəlməyə başlayır”, - deputat bildirib.

DİGƏR XƏBƏRLƏR

Top